Ağız boşluğundakı yaralar müalicə edilməzsə...


Digərləri 05 Apr 2019 22:58:00 266 0

Ağız boşluğundakı yaralar müalicə edilməzsə...

Ağız boşluğundakı yara və səpkilərin müxtəlif səbəbləri var. Bakteriyalar, mikroorqanizmlər, viruslar, göbələklər, travmalar, yad təsirlər ağız boşluğunda yaraların əmələ gəlməsinə səbəb olur. Körpələrin ağızlarında "süd yaraları"na da rast gəlinir. Ağız boşluğunda ən çox yayılan yaralar "herpes" virusudur və əksər vaxt dodaqları əhatə edir. Bəzən o, ağız boşluğunun selikli qişasında da yaranır. Bu viruslara immun sistemi zəifləyən və ağız boşluğunun gigiyenasını qorumayan şəxslərdə rast gəlinir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.