Fransada imperator Napoleonun taxtı satışa çıxarılıb


Digərləri 05 Apr 2019 22:43:00 197 0

Fransada imperator Napoleonun taxtı satışa çıxarılıb

Fransada imperator Napoleonun taxtı hərraca çıxarılıb. Hərrac aprelin 7-də 1814-cü ilin baharında taxtdan imtina edən imperatorun öz qvardiyası ilə vidalaşdığı fransız monarxlarının tarixi iqamətgahında - "Fontainebleau" sarayında keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, imperator kürsüsünə 80 min avro start qiyməti qoyulub.

Napoleon dövrünün əntiq əşyaları yüksək qiymətləndirilir. Bundan başqa, avqust ayında Napoleon Bonapartın (1769-1821) Korsikada anadan olmasının 250-ci ildönümü tamam olacaq.

İndiyədək belə hesab edilirdi ki, Napoleonun 5 taxtı mövcud olub. Onlardan biri "Tuileries" sarayında, digəri imperatorun sevimli iqamətgahı - "Saint-Cloud" sarayında, üçüncüsü Senatda, dördüncü Qanunverici Korpusda (indiki Milli Məclis), beşincisi isə Paris meriyasının binasındadır.