BMT üzən şəhərlər tikməyə çağırıb


Digərləri 05 Apr 2019 22:49:00 244 0

BMT üzən şəhərlər tikməyə çağırıb

Üzən şəhərlər bəşəriyyətə iqlimin dəyişməsi nəticəsində yaranacaq qlobal subasmadan xilas olmaq imkanı verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT baş katibinin müavini Amina Məhəmməd sabit inkişaf məqsədləri mövzusuna həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

"İqlim dəyişiklikləri nəticəsində şəhərlərin su altında qalması riskləri artır. Bəzi məlumatlara görə, Banqkok şəhəri hər il 2 santimetr batır və Siam körfəzində suyun səviyyəsi qalxmağa davam edir. Üzən şəhərlər arsenalımızda yeni alətlərdən biri ola bilər. Onlar sabit inkişaf məqsədləri istiqamətində yeni addım olacaq", - deyə o bildirib.