ABŞ səfiri: "Azərbaycan NATOnun vacib və etibarlı tərəfdaşıdır"


Siyasət 05 Apr 2019 22:28:00 210 0

ABŞ səfiri: "Azərbaycan NATOnun vacib və etibarlı tərəfdaşıdır"

Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer NATO-nun yaradılmasının 70 illiyi münasibətilə videomüraciətində deyib.

E. Litzenberqer bildirib: " Bu, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyində, həmçinin qlobal terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi dəyərli töhfədə əks olunur. Biz burada, ABŞ-ın Bakıdakı səfirliyində, bütün dünyada sülhün və sabitliyin qorunub saxlanması və inkişafı üçün ölkələrimizin NATO çərçivəsində tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar axtarırıq".