Həkimlər virtual reallıq dünyasında təcili yardımı təcrübədən keçirirlər


Digərləri 05 Apr 2019 22:15:00 210 0

Həkimlər virtual reallıq dünyasında təcili yardımı təcrübədən keçirirlər

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssislərdən ibarət komandası və "Oxford Medical Simulation" şirkəti tərəfindən "Oculus Rift" qarniturları üçün hazırlanmış virtual reallıq proqramı 1-ci tip diabet xəstələri üçün təcili yardım imkanını modelləşdirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, virtual reallığı öyrədən proqram həkimlərə insanların həyatı və sağlamlığı ilə risk etmədən təcili yardım göstərilməsinə (xəstənin qanında şəkərin səviyyəsinin təhlükəli qalxması və enməsi) imkan verir.