Azərbaycanın qədim dövr əhalisi ilə bağlı maraqlı fikirlər irəli sürülüb (FOTO)


Digərləri 05 Apr 2019 22:03:28 171 0

Azərbaycanın qədim dövr əhalisi ilə bağlı maraqlı fikirlər irəli sürülüb (FOTO)

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ rayonunda e.ə. IV minilliyin birinci yarısına aid yaşayış məskənində aşkarladığı uşaq skeletlərinin arxeometrik təhlili zamanı Azərbaycan ərazisində məskunlaşmış erkən əkinçi əhalinin həyat tərzi barədə maraqlı fikirlər ortaya çıxıb.

Bakı. İlhamə İsabalayeva - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ rayonunda e.ə. IV minilliyin birinci yarısına aid yaşayış məskənində aşkarladığı uşaq skeletlərinin arxeometrik təhlili zamanı Azərbaycan ərazisində məskunlaşmış erkən əkinçi əhalinin həyat tərzi barədə maraqlı fikirlər ortaya çıxıb. İnstitutdan Trend-ə verilən məlumata görə, Qəbələ rayonunda 2012-ci ildən etibarən aparılmış arxeoloji tədqiqatlar zamanı e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində saxsı qablarda uşaq qəbirləri aşkar olunub. Saxsı qablarda körpə uşaq dəfnləri son xalkolit (eneolit/mis-daş) dövrü Leylatəpə mədəniyyəti üçün xarakterik dəfn adəti idi və institutun direktor müavini Nəcəf Müseyibli bu mədəniyyətin Ağstafa rayonunda qazdığı digər abidələrində (Böyük Kəsik, Poylu) də belə qəbirlər aşkar etmişdi.