Səhiyyədə qlobal problem


Digərləri 05 Apr 2019 21:45:00 207 0

Səhiyyədə qlobal problem

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri insan üçün potensial təhlükəli kif göbələklərinin rezistetn ştammlarının geniş yayılması, onların müasir dərman preparatlarına dözümlülüyünün artması ilə bağlı həyəcan siqnalı verir.

Son.az medicina.az-a istinadən bildirir ki, 51 yaşlı əzcaçı Sandra Hiksin ağciyər və bronxları Aspergillus adlı kif göbələyi ilə zədələnib. Bütün bu illər ərzində Sandranın ağciyərlərində kif göbələyi bu gün tibbdə tətbiq olunan bütün göbələkəleyhinə dərmanlara qarşı  davamlılıq qazanıb və müalicəyə tabe olmur.

Dərmanlar təsir etmədiyindən Sandranın vəziyyəti getdikcə pisləşir, həkimlər isə hansı taktika seçəcəyini bilmir.

Dünyada Sandra kimi kif göbələyindən əziyyət çəkən xəstələr çoxdur. Göbələk ştammları sürətlə mutasiya olur, rezisdentliyi artır, əhalinin miqrasiyası səbəbindən davamlı göbələk növləri də müxtəlif ölkələrdə orqanizmlərdə kök salır.