Türkiyədə 5 milyon internet məlumatını ələ keçirən kiber cinayətkar yaxalanıb


Dünya 05 Apr 2019 21:33:00 206 0

Türkiyədə 5 milyon internet məlumatını ələ keçirən kiber cinayətkar yaxalanıb

Türkiyənin təhlükəsizlik qüvvələri Trabzonda qanunsuz kiber fəaliyyətlə məşğul olan 22 yaşlı cinayətkarı yaxalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şübhəli qismində yaxalanan şəxs ümumilikdə təxminən 5 milyon elektron ünvanın hesabını, bank kartlarının kodlarını və şəxsi məlumatları ələ keçirib. Bundan başqa, Türkiyədə istifadəsi qadağan olunan ICQ adlı sürətli mesajlaşma proqramı aşkarlanıb. Şübhəli qismində yaxalanan şəxsin bu işdə mütəşəkkil cinayətkar qrupa vasitəçi olduğu bildirilir. Faktla bağlı istintaq başlanıb.