Prokuror Bakıda Türkiyə vətəndaşını öldürməyə cəhd edən şəxsə 13,5 il cəza istədi


Kriminal 05 Apr 2019 21:21:00 220 0

Prokuror Bakıda Türkiyə vətəndaşını öldürməyə cəhd edən şəxsə 13,5 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror E.Əliyevin 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.