ABŞda hərbi bazada silahlı insident


Dünya 05 Apr 2019 21:30:00 238 0

ABŞda hərbi bazada silahlı insident

ABŞ-ın Oseana hərbi dəniz bazasında silahlı insident baş verib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Virciniya ştatının Virciniya Biç şəhərində qeydə alınıb.

Belə ki, səhər saatlarında hərbi bazanın ərazisində park yerində naməlum şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, bir nəfər də yaralanıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.