“Ləkə yaxılmasını istəmirəm” 61 yaşlı müğənni ərə getməsi xəbərindən danışdı


Şou-biznes 05 Apr 2019 20:49:00 273 0

“Ləkə yaxılmasını istəmirəm”  61 yaşlı müğənni ərə getməsi xəbərindən danışdı

Türkiyənin məşhur müğənnisi Zərrin Özər özündən yaşca kiçik sevgilisi ilə yaxın zamanda nikah masasına əyləşəcək.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, 61 yaşlı sənətçi sadə gəlinlik geyinəcəyini açıqlayıb.

"Kanal D"yə toyu barədə danışan Zərrin Özər sevgilisi ilə hər kəsdən gizli nişanlandıqlarını bildirib: "Münasibətimiz çox yaxşı davam edir. O da, mən də çölə çıxmağı xoşlamırıq. Dedi-qodulara görə çox görünmək istəmirəm. Həqiqi bir şey yaşayırıq, ləkə yaxılmasını istəmirəm".