Məktəbin pəncərəsindən özünü atan qızın anası:


Digərləri 05 Apr 2019 19:19:00 331 0

Məktəbin pəncərəsindən özünü atan qızın anası:

Bakıda intihara cəhd edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası baş verənlərdən danışıb.

Son.az xəbər verir ki, bu barədə şagirdin anası Sevil Hüseynova baku.ws-ə bildirib ki, qızı məktəbdə oxuduğu dövrdə dəfələrlə təhqirə məruz qalıb.

"Müəlliməsi Çimnaz Hacıyeva da məsələ barədə məlumatlı idi. O, qızımın tərəfini tuturdu. Lakin dəfələrlə direktora da şikayət etmişik. Lakin direktor bu barədə heç bir tədbir görməyib.

Qızımı məktəbdə incidirdilər. Böyük sinifdə təhsil alanlar qızımı ələ salırdılar. Ona "peysər", "lesbiyan", "quş" deyirdilər. Qızımla birlikdə bacımın qızı da təhsil alır. Xalası qızı da onun tərəfini tuturdu deyə, o qızı da incidirlər", - deyə Sevil Hüseynova bildirib.

Ana deyir ki, məktəbin direktoru şikayət olunmasına baxmayaraq, heç bir tədbir görməyib. Əksinə, uşağa təzyiqlər daha da artıb:


Xəbərə aid fotolar