Məktəbli qız intihar etmək istəyibmiş


Digərləri 05 Apr 2019 18:24:00 216 0

Məktəbli qız intihar etmək istəyibmiş

Məktəblini lağa qoyduqları üçün o, özünü atıb. Bu bədbəxt hadisə deyildi, intihara cəhd idi.

Son.az xəbər verir ki, bu sözləri Oxu.az-a məktəblinin yaxın yoldaşlarından biri deyib.

Onun sözlərinə görə, məktəbdə bir qrup uşaq ona gülərək lağ ediblər:

"Mən onu yaxşı tanıyıram. Biz rəfiqəyik, onların evlərinə gediş-gəlişimiz var. Məktəbdə uşaqlar onu lağa qoyurdular. Heç başa düşmürdü, bunu niyə edirlər. Onu məsxərəyə qoyub gülürdülər. Ailəsi nə çox imkanlı, nə də kasıbdır. Valideynlərinin arasında evdə heç bir problem olmayıb, onlarla münasibəti çox yaxşı olub.

O, bu barədə mənə danışırdı, sıxıldığını deyirdi. Anası da, biz də bu məsələ ilə bağlı məktəb rəhbərliyinə müraciət etsək də, bizə fikir verən olmamışdı. Ümumiyyətlə, yuxarı sinifdəki uşaqlar tək ona yox, bir çox şagirdlərə qarşı belə psixoloji təzyiqlər edirlər. Müdir isə onun anasına deyib ki, problem sizin uşağınızdadır.