ABŞ-la muzey sahəsində əməkdaşlıq müzakirə edilib


Digərləri 05 Apr 2019 18:08:34 199 0

ABŞ-la muzey sahəsində əməkdaşlıq müzakirə edilib

Mədəniyyət naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Örl Litzenbergeri qəbul edib.

Bakı. Mədəniyyət naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Örl Litzenbergeri qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Ə.Qarayev yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib. Səfir 2017-ci ilin fevral ayında Azərbaycanın Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin yenidən açılmasına dair iki ölkə arasında Anlaşma Memorandumunun imzalandığını, layihənin regionlarda yaşayan Azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib. Səfir Anlaşma Memorandumunun icra müddətinin 2020-ci ilin fevral ayında bitəcəyini xatırladaraq memorandumun yenidən imzalanmasının faydalı olacağını bildirib. Nazir Ə.Qarayev Amerika Guşələri layihəsinə böyük önəm verdiyini və Anlaşma Memorandumunun müddətinin uzadılmasında heç bir maneə olmadığını vurğulayıb.