Milli Preventiv Qrup İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə başçəkmə həyata keçirib


Digərləri 05 Apr 2019 17:48:24 210 0

Milli Preventiv Qrup İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə başçəkmə həyata keçirib

Milli Preventiv Qrup tərəfindən İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə başçəkmə həyata keçirilib

Bakı. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrup (MPQ) tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə (İHOSM) həyata keçirilib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilmiş başçəkmədə məqsədbu müəssisədə saxlanma şəraiti və rəftarın,saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılmasından ibarət olub. MPQ üzvlərinin iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı müəssisənin kameralarına, gəzinti, görüş yerlərinə və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.