AzMİU-da Aprel zəfərinin 3-cü ildönümü qeyd olunub


Digərləri 05 Apr 2019 17:38:42 217 0

AzMİU-da Aprel zəfərinin 3-cü ildönümü qeyd olunub

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Bakı. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, AzMİU-nun rektoru, professor-müəllim heyəti, tələbələri və qazilərin iştirakı ilə baş tutan tədbir Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşləri ilə bağlı tarixi çıxışını və Ordumuzun qüdrətini əks etdirən videoçarxın nümayişindən sonra tədbirdə iştirak edən Aprel döyüşlərinin iştirakçısı, baş leytenant Əhliyyət Mehdiyev 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edib, Aprel zəfərini Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi adlandırıb. O vurğulayıb ki, həmin hadisələr əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi: “Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi”.