İtaliyada futbolçu karyerasını qeyri-adi formada bitirdi


İdman 05 Apr 2019 17:22:00 246 0

İtaliyada futbolçu karyerasını qeyri-adi formada bitirdi

İtaliyanın Siciliya əyalətinin çempionatında çıxış edən Viagrande klubunun futbolçusu İqnatsio Barbaqallo karyerasını qeyri-adi formada başa vurub.

Goal.az xəbər verir ki, Nebrodi ilə matçın ikinci hissəsində meydançaya eniş edən helikopterdən düşən maskalı şəxslər 55 yaşlı oyunçunun qollarından tutaraq özləri ilə aparıblar.

Fanatlar və futbolçular baş verən hadisədən qorxublar. Lakin sonradan məlum olub ki, Barbaqallo karyerasını qeyri-adi formada başa vurmaq üçün bu addımı atıb.

Bildirilir ki, Barbaqallonun 200 avro cərimə və 31 may 2019-cu il tarixinə qədər diskvalifikasiya gözləyir.