Nazir: “Diqlas”da yanğından zərər çəkməmiş malların inventarlaşdırılması başlayacaq


Digərləri 05 Apr 2019 17:13:00 214 0

Nazir: “Diqlas”da yanğından zərər çəkməmiş malların inventarlaşdırılması başlayacaq

Aprelin 6-dan “Diqlas” ticarət mərkəzinin yanğından zərər çəkməmiş anbarlarında malların inventarlaşdırılması başlayacaq

Bakı. Sara İsrafilbəyova - Aprelin 6-dan “Diqlas” ticarət mərkəzinin yanğından zərər çəkməmiş anbarlarında malların inventarlaşdırılması başlayacaq. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib. Ş.Mustafayev bildirib ki, inventarlaşdırılmadan sonra sahibkarlara ödəniləcək ziyanın məbləği müəyyən ediləcək.