Diqqət! Bu yolda təmir gedir


Digərləri 05 Apr 2019 17:09:00 228 0

Diqqət! Bu yolda təmir gedir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu sürət həddi 70 km/saat-a qədər endirilir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.