Turistlər üçün maraqlı xəbər:


Digərləri 05 Apr 2019 15:59:00 231 0

Turistlər üçün maraqlı xəbər:

Bakıya səyahət edənlər üçün hazırlanan rəsmi şəhər kartı - "Bakı Kart"ın ("BakuCard") təqdimat mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri, "BakuCard" layihəsinin direktoru Rüfət Bağırov bildirib ki, "BakuCard" yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən "Baku City Aero Express" avtobuslarından ödənişsiz istifadə imkanı verir.

Turistlər kartı əldə etməklə Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən "Baku City Tour" avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.

Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.