“O butikin bir kvadratına görə 210 min avro qazandıq”


Digərləri 05 Apr 2019 15:48:00 191 0

“O butikin bir kvadratına görə 210 min avro qazandıq”

Azərbaycanlı iş adamı Araz Ağalarovun sahibi olduğu "Krokus Group" şirkətinin 30 yaşı olur. "Forbes" jurnalının əməkdaşı bu münasibətlə şirkətin 15 illik prezidenti Araz Ağalarov və vitse-prezidenti Emin Ağalarovla görüşərək son dövrlər iqtisadiyyatda baş verən artım və inflyasiyanın onların işinə təsir edib-etmədiyi ilə maraqlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ata Ağalarov 2001-2008-ci illərin nəinki biznes, eləcə də ölkə üçün olduqca uğurlu illər olduğunu bildirib:

"Qızıl ehtiyatları 20 dəfə, ümumdaxili məhsul 5 dəfə, xarici investisiyalar isə 6 dəfə artdı. O zaman neft bahalaşanda valyuta dəhlizi anlayışı var idi: Səkkiz il ərzində dollar təxminən 30 rubl dəyərində oldu. Belə şəraitdə bəzi uzunmüddətli layihələri planlaşdırmaq mümkün idi. Bu gün dollar gah bahalaşır, gah da ucuzlaşır və dollardan asılı olaraq uçot dərəcəsi də gah artır, gah da azalır.

Bu gün Rusiya iqtisadiyyatında geriləmə müşahidə olunur. Belə ki, şirkətlər bağlanır, səhmlər dəyərsizləşir. Mənim proqnozuma görə, dolların qiyməti sabitləşdikdə Rusiya iqtisadiyyatı da inkişafa doğru gedəcək".

Emin Ağalarov jurnalistin "2002-ci ildə Rusiya iqtisadiyyatında problemlər olduğu zamanda "Krokus Siti Mall"u açdınız. O zamanlar belə lüks ticarət mərkəzi açmaq ağılsızlıq kimi görünürdü. Siz gördüyünüz işdən bu qədər əmin idinizmi?" sualına cavabında bildirib: