Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanı keçiriləcək


Digərləri 05 Apr 2019 15:46:00 171 0

Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək.

Bakı. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə aprelin 10-da saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.