“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib (FOTO)


Digərləri 05 Apr 2019 15:19:42 191 0

“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Tədbirdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak edib.

Bakı. Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak edib. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək bildirib ki, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi Vaqif Abdullayevin müəllifi olduğu "“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi " kitabı siyasi, ictimai, sosial sahəyə yeni elmi baxışın nümunəsi hesab edilə bilər. Alimin qələmə aldığı əsərdə siyasi, iqtisadi, sosial, humanitar proseslərin düzgün və obyektiv, fəlsəfi-analitik təhlilini görmək mümkündür.