Xəzər rayonunda çağırışçı gənclərin həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib (FOTO)


Digərləri 05 Apr 2019 15:06:00 253 0

Xəzər rayonunda çağırışçı gənclərin həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib (FOTO)

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xəzər rayon Şöbəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib.

Bakı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2019-ci il aprel ayının 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışı başlanılıb. Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xəzər rayon Şöbəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon Şöbəsinin rəisi Nasir Qurbanov, Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev,ziyalılar, Qarabağ müharibəsi iştirakçıları və valideynlər iştirak ediblər.