Bakıda ilk dəfə: “Park Cinema” iki teatr tamaşasının birbaşa yayımını nümayiş etdirəcək


Digərləri 05 Apr 2019 14:48:00 228 0

Bakıda ilk dəfə: “Park Cinema” iki teatr tamaşasının birbaşa yayımını nümayiş etdirəcək

"Park Cinema" kinoteatrlar şəbəkəsi "Qızıl maska" festivalı və "CoolConnections" art-birliyi ilə birlikdə ilk dəfə teatr tamaşaları həvəskarlarına canlı yayımda iki möhtəşəm tamaşadan zövq almaq kimi bir unikal imkan təklif edir!

Yayım "Qızıl maska kinoda" layihəsi çərçivəsində həyata keçirilir.

14 aprel saat 19:00-da "Park Cinema Metropark"da Lev Dodinin quruluşunda, Kseniya Rappoport, Yelizaveta Boyarskaya və Danila Kozlovskinin iştirakı ilə Kiçik Dramatik Teatrının "Albalı bağı" tamaşasının canlı yayımını keçiriləcək.

Theater Pizzazz. Amerika nəşrindən Kerol Rokamora yazır ki, Dodinin "Albalı bağı" əsrin tamaşasıdır, o tarixə düşəcək və on illər bundan əvvəl bu teatrda Bruklində oynanılan Piter Brukun "Albalı bağı" ilə eyni sırada dayanacaq.

"Albalı bağı" tamaşası "Qızıl maska" mükafatının "Dramda ən yaxşı tamaşa və böyük forma" nominasiyası üzrə laureatı olub.


Xəbərə aid fotolar