Nazir müavini: "2018ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib"


Siyasət 05 Apr 2019 14:26:00 260 0

Nazir müavini: "2018ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib"

2018-ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdimatı zamanı deyib.

O qeyd edib ki, "bir pəncərə" prinsipinə keçid biznesin qeydiyyatı prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirib.

Nazir müavini əlavə edib ki, vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi prosesində əmək müqavilələrinin qeydiyyatı da sadələşdirilib:

"Sahibkarı maraqlandıran hər bir məlumat onlayn rejimində heç bir maliyyə xərci tələb olunmadan təklif olunacaq. Vergilər Nazirliyində rəsmi qurumlarla ünsiyyəti tamamilə aradan qaldıran məlumat bazası formalaşdırılıb".