4 azyaşlı qıza təcavüz edən məşqçi həbs olundu


Digərləri 05 Apr 2019 14:13:00 222 0

4 azyaşlı qıza təcavüz edən məşqçi həbs olundu

Türkiyənin paytaxtı Ankarının Çankaya rayonunda kikboksinq məşqçisi Yavuz Ö. həbs olunub.

Son.az fanat.az-a istinadən xəbər verir ki, buna səbəb mütəxəssisin 14-17 yaş arasında 4 idmançı qıza təcavüz etməsi olub.

Yavuz Ö. adı açıqlanmayan qızları müxtəlif vaxtlarda cinsi istismara məruz qoyub. Şübhəlinin üzərində eyni əmələ görə başqa bir olayda da cinayət işi olduğu məlum olub.

Yavuz Ö.-nün əməli sahibi olduğu idman salonuna gedən qızlardan birinin təcavüzə məruz qalmasını rəfiqəsinə danışmasından sonra üzə çıxıb. Bunun öz başına da gəldiyini deyən digər qız və rəfiqəsi ailələrinə olayı danışıb. Ailələr isə polisə müraciət edib.