Juventus Ronaldonun sayəsində milyonlar qazanır


İdman 05 Apr 2019 13:48:00 247 0

Juventus Ronaldonun sayəsində milyonlar qazanır

Mövsümün əvvəlində Real-dan Kriştiano Ronaldonu transfer edən Juventus-un gəlirləri get-gedə artır.

Goal.az-ın məlumatına görə, Turin təmsilçisinin oyun, ticari və yayım gəlirləri pik həddə çatıb.

Dörd illik müqaviləyə qol çəkən portuqaliyalı superulduz "qoca sinyora"ya ümumilikdə 340 milyon avroya başa gəlib. Buna baxmayaraq, onun gəlişi ilə qazanclarını artıran "Yuve" mövsümün sonunda 515 milyon avroluq gəlir əldə etməyi hədəfləyir.

Ötən mövsüm oyun gəliri 57 milyon avro olan Juventus cari mövsüm artıq 70 milyon avronu büdcəsinə əlavə edib. Yayım gəliri Ronaldonun sayəsində 200-dən 245 milyona yüksəlib. Ticari gəlir isə 5 milyonluq artımla 200 milyon avro səviyyəsinə çatıb.