Ramil Usubov 2 rayona yeni polis rəisi təyin etdi


Digərləri 05 Apr 2019 13:24:57 195 0

Ramil Usubov 2 rayona yeni polis rəisi təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.