Generalın qaynının məhkəmə istintaqı yekunlaşdı


Digərləri 05 Apr 2019 12:51:00 201 0

Generalın qaynının məhkəmə istintaqı yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq, sənəd saxtakarlığı və digər cinayətlərdə təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərər çəkmiş E.Şəkinskinin nümayəndəsi məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inandığını və işi məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.