Liviya ordusu Tripoliyə doğru irəliləyir


Dünya 05 Apr 2019 13:00:00 197 0

Liviya ordusu Tripoliyə doğru irəliləyir

Liviya milli ordusu feldmarşal Xəlifə Həftarın başçılığı altında paytaxt Tripoliyə doğru irəliləyir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ərəb dünyasının dəstəklədiyi X.Həftar BMT-nin xətti ilə yaradılmış milli birlik hökumətini zor gücünə buraxmağı planlaşdırır. Bu hərbi kampaniyanı feldmarşal "Tripolinin azadlığı uğrunda əməliyyat" adlandırıb. Bu əməliyyat Müəmmar Qəddafının 2011-ci ildə öldürülməsindən bəri davam edən hakimiyyət uğrunda çəkişmələri daha da kəskinləşdirib.

Paytaxtı mühasirəyə almağa çalışan Həftarın qoşunları cənub və qərb istiqamətdən yaxınlaşır. Birləşmələrin artıq Tripolidən 80 kilometr cənubda yerləşən Qaryna şəhərini tutduğu bildirilir. Gecə saatlarında istirahət üçün qoşunlar əsas hədəfdən 60 kilometr aralıda olan ərazidə düşərgə salıblar.