Göyçayda polis piyadanı vurub öldürdü


Digərləri 05 Apr 2019 12:33:00 181 0

Göyçayda polis piyadanı vurub öldürdü

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən qəza hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında qeydə alınıb. 

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü Abdulov Emil Bəylər oğlu yolu keçən 1950-ci il təvəllüdlü Miriyev Abduləli Məhəmmədəli oğlunu vurub. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs Göyçay Rayon Polis Şöbəsinin əməkdaşıdır. 

Faktla bağlı araşdırma aparılır.