"Sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar"


Digərləri 05 Apr 2019 12:30:00 220 0

"Sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar"

Dünyanın heç bir ölkəsində təbii fəlakətlər nəticəsində dəyən zərəri dövlət ödəmir. Bunun səbəbi sığorta sistemində kifayət qədər arxayınçılığın olmasıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar: "Onlar riskli sahələri sığorta etməkdən çəkinirlər. Pulları yığırlar, sığorta hadisəsi baş verəndə pul vermirlər. Bunlar ciddi məsələdir. Bu insanlarda belə bir arxayınçılıq yaranıb ki, baş verən təbii fəlakət, faciə zamanı məsuliyyəti dövlət öz üzərinə götürəcək və dəyən ziyanı ödəyəcək. Amma dünyanın heş bir ölkəsində belə bir praktika yoxdur. Siz təsəvvür edin ki, son 10-15 ildə nə qədər faciə, təbii fəlakət baş verib və hamısının da məsuliyyətini dövlət öz üzərinə götürərək dəyən ziyanı ödəyib. Belə olmaz".