Avtomobilin vurduğu 69 yaşlı kişi xəstəxanada öldü


Digərləri 05 Apr 2019 11:43:00 180 0

Avtomobilin vurduğu 69 yaşlı kişi xəstəxanada öldü

Göyçayda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, aprelin 4-də gecə saatlarında şəhər sakini, 1950-ci il təvəllüdlü Miriyev Abduləli oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.