Aytac həbsxanada olan qardaşını ziyarət edirmi?


Şou-biznes 05 Apr 2019 11:47:00 296 0

Aytac həbsxanada olan qardaşını ziyarət edirmi?

Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı qardaşının həbsindən danışıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, sənətçi qardaşını həbsxanada ziyarət etməsi barədə sualı belə cavablandırıb:

"Qardaşıma qarşı heç bir kinim yoxdur. Çünki o günahsızdır. Sadəcə, demək istəyirəm ki, mənim atam bir dəfə evlənib. Həbsxanaya yanına getmək məsələsinə gəlincə, bu barədə ətraflı danışmaq istəmirəm. Bəlkə gizli gedəcəm, bəlkə artıq getmişəm".