"Standartlaşdırma haqqında" qanun layihəsi yenidən müzakirəyə çıxarılıb


Digərləri 05 Apr 2019 11:18:00 231 0

"Standartlaşdırma haqqında" qanun layihəsi yenidən müzakirəyə çıxarılıb

Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Yeni qanun 5 fəsil və 26 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.