Xaçmazda istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub (FOTO)


Digərləri 05 Apr 2019 10:57:00 289 0

Xaçmazda istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub (FOTO)

Aşkar olunan mənşəyi məlum olmayan ətlər insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan Agentlik əməkdaşları tərəfindən utilizasiya olunub.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Xaçmaz rayonunun Armud Padar kəndi ərazisinin meşə zolağında Köhnə asvalt zavod adlanan əraziyə baxış keçirən zaman həmin sahədə 110 kq sümüklü, 36 kq sümükdən ayırılmış mənşəyi məlum olmayan heyvan cəmdəyi, at başları, ayaqları və digər hissələri aşkar olunub. AQTA-dan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı aşkar olunmuş ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Aşkar olunan mənşəyi məlum olmayan ətlər insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan Agentlik əməkdaşları tərəfindən utilizasiya olunub.