Bakıda otel rəhbəri olan türkiyəli iş adamı öldü


Digərləri 05 Apr 2019 10:30:00 184 0

Bakıda otel rəhbəri olan türkiyəli iş adamı öldü

Bakıda otel rəhbəri müəmmalı şəkildə ölüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov rayonunda yerləşən "Golden Shayn" otelinin rəhbəri, Türkiyə vətəndaşı Mehmet Ali Altınterim aprelin 4-də gecə saat 03 radələrində evində vəfat edib.

60 yaşlı M.A.Altınterimin ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizası təyin edilib.