Nazir: ""Cənub Qaz Dəhlizi" Bosniya və Herseqovinanın enerji təhlükəsizliyini təmin edəcək"


Digərləri 05 Apr 2019 10:21:00 219 0

Nazir: ""Cənub Qaz Dəhlizi" Bosniya və Herseqovinanın enerji təhlükəsizliyini təmin edəcək"

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi Bosniya və Herseqovinanın enerji təhlükəsizliyini təmin edəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Bosniya və Herseqovinanın energetika, mədən hasilatı sənayesi və sənaye naziri Nemin Cindiç deyib.

N.Cindiç qeyd edib ki, ölkəsi təbii qaz istehsal etmir və öz tələbatını tamamilə idxal hesabına (yeganə tədarükçü Rusiyadır) təmin edir.

Onun sözlərinə görə, Bosniya və Herseqovinanın regiondakı tərəfdaşları ilə birgə "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulması ölkəyə müxtəlif mənbələrdən qaz idxal etməyə, öz enerji təhlükəsizliyini təmin etməyə və daxili qaz bazarını genişləndirməyə imkan verəcək.