Neymar Barcelona üçün darıxır


İdman 05 Apr 2019 10:09:00 191 0

Neymar Barcelona üçün darıxır

Goal.az-ın məlumatına görə, bu barədə braziliyalı hücumçu "Otro"yamüsahibəsində deyib: "Biz 2015-ci ildə əla mövsüm keçirdik. Həm ölkə daxilində, həm də ölkə xaricində yaxşı oynadıq. Bizim aramızda xüsusi münasibət var. Mən o vaxtlar üçün darıxıram".

PSG-nin futbolçusu Neymar Barcelona-dakı vaxtları üçün darıxır.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə Kataloniya təmsilçisində oynayıb. O, məhz Barcelona-dan PSG-yə 222 milyon avroya transfer olunub.