Bu ilin I rübündə Texniki Şuralar vasitəsilə energetika məsələləri ilə bağlı 636 müraciətə baxılıb


Digərləri 05 Apr 2019 10:12:00 174 0

Bu ilin I rübündə Texniki Şuralar vasitəsilə energetika məsələləri ilə bağlı 636 müraciətə baxılıb

2019-cu ilin I rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 636 müraciətə baxılıb.

Bakı. 2019-cu ilin I rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 636 müraciətə baxılıb. Energetika Nazirlyindən Trend-ə verilən məlumata görə, yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə isə 148 olub. Rüb ərzində qəbul edilmiş müraciətlərdən 614-nün icrası təmin edilib, 22 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.