Britaniya parlamentində dinləmələr dayandırıldı - SƏBƏB


Digərləri 05 Apr 2019 09:50:34 179 0

Britaniya parlamentində dinləmələr dayandırıldı - SƏBƏB

Böyük Britaniya parlamentinin aşağı palatasında dinləmələr damın axmasına görə vaxtından əvvəl dayandırılıb.

Bakı. Böyük Britaniya parlamentinin aşağı palatasında dinləmələr damın axmasına görə vaxtından əvvəl dayandırılıb. Trend-in məlumatına görə, bank kreditlərinin ödənilməsi ilə əlaqədar məsələni müzakirə edən parlament üzvlərinə damdan axan suyun səsi mane olub. Bu səbəbdən İcmalar Palatasının vitse-spikeri Lindsi Hoyl iclası dayandırıb.