İçindən qum çıxan uşaq qidasını ölkəyə hansı şirkət gətirib?


Digərləri 05 Apr 2019 09:18:40 229 0

İçindən qum çıxan uşaq qidasını ölkəyə hansı şirkət gətirib?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Malyutka-2" uşaq qidalarının tərkibində uşaqların sağlamlığına ziyan ola biləcək maddələrin aşkarlandığına dair məlumat yayıb. 

Xəbər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub, azyaşlı uşağı olan ailələr isə təlaşa düşüblər. 

Son.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı məhsulu ölkəyə gətirən, "Nutrica" şirkətinin rəsmi distribüteri olan "İDC-2000" MMC ilə əlaqə saxlayıb.

Şirkətin direktor müavini Fuad Rzayev qeyd edilən məhsulun onlara aid olmadığını deyir. O, məhsulların qablaşdırılmasındakı fərqli məqama diqqət çəkib:

"Bu gün "Malyutka" uşaq yeməkləri bu bazarın ən çox satılan məhsuludur. Ümumiyyətlə, bu məhsullar sovet dövründən satışda var və keyfiyyəti barədə bu günə qədər heç bir şikayət olmayıb.

1998-ci ildən biz bu şirkətin "Aptamil" uşaq yeməklərinin Azərbaycan bazarında satışına başlamışıq. Yaxşı nəticə göstərdiyimiz üçün daha sonra şirkətin digər uşaq qidalarının satışına da başlanıb. "Nutricia" şirkətinin uşaq yeməklərinin Azərbaycanda birinci rəsmi distribüteri "Veysəloğlu" şirkəti olub.

Lakin sonradan şirkət rəsmi satış icazəsini onlardan alıb. 2018-ci ilin mart ayından etibarən "Nutricia" şirkəti tərəfindən istehsal edilən üç məhsulun satışı bizim şirkətə yəni, "İDC 2000 MMC"-yə verilib. Bu məhsullar "Nutrilon", "Aptamil" və "Malyutka-1,2,3" əmtəə nişanlı uşaq qidalarıdır.

2018-ci ilin avqust ayından etibarən "Veysəloğlu" şirkəti "Malyutka-2" əmtəə nişanlı uşaq qidalarının satışını tamamilə dayandırıb. KİV-də yayılan "Malyutka-2" uşaq qidası "İDC 2000" MMC-yə məxsus deyil.


Xəbərə aid foto