Yaponiyada yaşlı insanlar sürücülük vəsiqəsindən imtina ediblər


Digərləri 05 Apr 2019 08:59:00 260 0

Yaponiyada yaşlı insanlar sürücülük vəsiqəsindən imtina ediblər

Yaponiyada 2018-ci ildə yaşlı sürücülərin günahı səbəbindən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə görə rekord sayda sakin könüllü olaraq sürücülük vəsiqəsindən imtina edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Baş Polis İdarəsi məlumat yayıb. Bildirilir ki, ötən il 75 yaşdan yuxarı 292 min 89 nəfər sürücülük vəsiqəsini geri qaytarıb. Bu, 2017-ci illə müqayisədə 38 min 152 nəfər çoxdur. Bunun sürücülük vəsiqələrinin könüllü qaytarılması ilə bağlı proqramın başladığı 1998-ci ildən bəri rekord göstərici olduğu da vurğulanır.