Çavuşoğlu: Türkiyə S400 sistemlərini artıq alıb


Dünya 05 Apr 2019 08:48:00 188 0

Çavuşoğlu: Türkiyə S400 sistemlərini artıq alıb

Ankara dəfələrlə ABŞ-a və digər tərəfdaşlarına Rusiya ilə S-400 zenit-raket sistemlərinin alınmasına dair razılaşmanın ləğv olunmasının mümkün olmadığını bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu deyib ki, Türkiyə artıq S-400 sistemlərini alıb: "Türkiyə S-400 sistemlərini almağa məcbur idi, çünki o, analoji sistemləri müttəfiqlərindən ala bilməyib".