Azərbaycanda tapılan daş əmək alətinin 300 min il yaşı var


Digərləri 05 Apr 2019 08:19:00 210 0

Azərbaycanda tapılan daş əmək alətinin 300 min il yaşı var

Keçəldağda yerləşən alban məbədinin ərazisindən 300 min ilədək yaşı olan daş əmək aləti tapılıb.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi məlumat verib.

Direktorun sözlərinə görə, qədim əmək aləti bir neçə il əvvəl AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq Natiq Alışovla birgə həmin abidəyə səyahət etdikləri zaman təsadüfən tapılıb. Tapıntının tarixi əhəmiyyətini nəzərə alaraq, 2018-ci ildə arxeoloq Mənsur Mənsurov tərəfindən bu əraziyə baxış keçirilib. Bu ilin martında arxeoloqlar Natiq Alışov və Azad Zeynalov paleolit dövrünə aid daş əmək alətinin tapıldığı həmin əraziyə yenidən kəşfiyyat xarakterli səfər ediblər. Ərazi ilə yaxından tanış olan alimlərin dediyinə görə, həmin tapıntının tarixi 300 min il əvvələ gedib çıxır.

Qədim dövrlərdə bu daş alətdən balıq və quş ovlamaq, heyvanların dərisini soymaq üçün, həmçinin digər əmək fəaliyyətlərində istifadə edilib.


Xəbərə aid fotolar