Qərbi Avropada ən hündür bina Danimarkanın kiçik şəhərində ucaldılacaq FOTO


Digərləri 05 Apr 2019 07:41:00 236 0

Qərbi Avropada ən hündür bina Danimarkanın kiçik şəhərində ucaldılacaq  FOTO

Qərbi Avropada ən hündür bina Danimarkanın kiçik şəhərində inşa ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bina yeddi min əhalisi olan çox kiçik şəhərdə tikiləcək. Belə bir binanın tikilməsi planı çoxdan mövcud olsa da, bu, Brande şəhərinin bələdiyyə şurası tərəfindən yalnız martın ortalarında təsdiqlənib.

Hündürlüyü 320 metr olacaq yeni göydələn Londonun "Shard" qülləsindən hündür və təxminən Parisin Eyfel qülləsi ilə eyni ucalıqda olacaq.

İkast-Brande kommunasının meri İb Lauritsen Danimarka teleşirkətinə müsahibəsində deyib: "Bu, Brande şəhəri üçün böyük əhəmiyyət kəsb edəcək. Lakin mən bu məsələnin bütün Mərkəzi Yutlandiya üçün əlamətdar olacağına şübhə etmirəm".

Vağzalına görə bu vaxtadək əsasən dəmiryol şəhəri kimi tanınan Brandedə Qərbi Avropada ən hündür göydələnin olması həqiqətən də təəccüb doğura bilər.


Xəbərə aid fotolar