Braziliyada iki banka birdən hücum:


Dünya 05 Apr 2019 07:35:00 184 0

Braziliyada iki banka birdən hücum:

Braziliyanın Quararema şəhərində polislərlə toqquşmalarda 11 bank qarətçisi öldürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, atışma 25 nəfərdən ibarət polis qrupunun iki banka hücum edən qarətçiləri saxlamağa cəhd edərkən baş verib.

Xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb, digər şübhəli bilinənlərin axtarışı davam etdirilir. Qarətçilərin dəqiq sayı məlum deyil.