İsveçrədə hər il 2,6 milyon ton istifadəyə yararlı ərzaq məhsulları məhv edilir


Dünya 05 Apr 2019 07:28:00 225 0

İsveçrədə hər il 2,6 milyon ton istifadəyə yararlı ərzaq məhsulları məhv edilir

Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan İsveçrə ərzaq israfçılığına görə də öncül yerlərdən birini tutur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər il bu ölkədə 2,6 milyon ton istehlaka yararlı ərzaq məhsulları tullantı kimi məhv edilir. Məhv edilən ərzaq məhsullarının yalnız 5 faizi pərakəndə satışla məşğul olan supermarket şəbəkələrinin payına düşür. Belə ki, qanunla ərzaq məhsullarının üzərində son istifadə tarixi göstərilməlidir və son istifadə tarixi yaxınlaşan ərzaq məhsulları supermarketlər tərəfindən satışdan çıxarılaraq tullantı konteynerlərinə atılır. Məhv edilən istifadəyə yararlı ərzağın 30 faizi emal prosesinin, təxminən 3 faizi topdansatış mərkəzlərinin, beş faizi isə qastronomiya obyektlərinin payına düşür.

İsveçrədə istifadəyə yararlı ərzağın ən çox tullantı kimi məhv edildiyi məkan isə ev-məişət şəraitidir. Statistikaya görə, tullantıya çevrilən ərzağın tam yarısı əhalinin aldığı və istifadə etmədən zibil qutusuna atdığı yararlı ərzaq məhsullarından ibarətdir.