Gözəl kimə deyilir? Dünya ölkələrinin 18 əsas meyarı FOTO


Digərləri 05 Apr 2019 07:07:00 383 0

Gözəl kimə deyilir?  Dünya ölkələrinin 18 əsas meyarı  FOTO

"Azərbaycan gözəli 2019" müsabiqəsinin qalibləri bu günlərin əsas mövzularından biri olub. Müsabiqənin qalib qızlarının fotoları sosial şəbəkələrdə paylaşılıb və tənqid olunub.

Bəs gözəllik meyarları hansılardır? Kimə hansı kriteriyalara görə gözəl demək olar?

Son.az oxu.az-a istinadən planetin müxtəlif ölkələrində insanların gözəllik hesab etdikləri kriteriyaları təqdim edir:

Fransa - təbiilik

Fransada təbii gözəlliyə üstünlük verilir. Minumum makiyaj və hava feni ilə ukladka olunmuş, azca qaldırılmış saç, təkrarolunmaz stil, sərbəst zəriflik - qadın gözəlliyinə franssızsayağı yanaşmadır.

Avstraliya - atletik bədən quruluşu

Avstraliyada gözəllik standartına ümumi yanaşma atletik bədən quruluşudur. Asiyadan fərqli olaraq, "zaqar" mütləqdir. Bu, ölkədə çoxlu dəniz və adaların olma səbəbi ilə izah edilir.

Polşa - formada olmaq və şirin sima

Polşada hündürboy, düzgün bədən quruluşu, simmetrik üz cizgiləri və uzun saçlara sahib olmaq mütləqdir.

İsveç - şimal obrazı

İsveç mavi gözlü, sarışın, gözəçarpan üz ovalı olan qızlarla tanınır. Bu, şimal qadınlarının gözəllik etalonudur. Gözəlliklə yanaşı stil də vacibdir, eksklyuziv bahalı, parlaq olmayan rənglərdən ibarət geyim və eyni cür makiyaj dəbdədir.

Cənubi Koreya - açıq baxış və parlaq dəri

Böyük dairəvi gözlər və solğun dəri Cənubi Koreyada əsas gözəllik etalonudur. Buna görə qızlar hətta uşaq yaşlarında bıçaq altına girməyə razıdırlar.

Bundan əlavə, Asiya bazarında vizual olaraq üz quruluşunun dairəviliyini, dodaqların dolğusunu, gözlər arasındakı məsafəni dəyişən məhsullar çoxdur.

İran - düzgün burun quruluşu

Geyimdəki ciddi qayda-qanunlara baxmayaraq, İran qadınlarının da gözəllik etalonu var. Onlar üçün gözəl üz cizgiləri daha önəmlidir. Buna görə də onlar qaş və göz gözəlliklərinə diqqət edirlər. Düzgün formalı burun İranda varlılıq statusu mənasını verir.

ABŞ - hər şeyin "ən"i

Amerika fərqli mədəniyyətləri özündə birləşdirdiyi üçün orada yaşayan bütün kişilərin zövqünə uyğun qadın seçmək asan deyil. O, arıq yaxud da kilolu, uzun və ya qısa saçlı, tünd ya da açıq dərili qadın ola bilər. Düzgün və səliqəli istifadə olunubsa, parlaq makiyaj da bəyənilir.

Braziliya - model görünüşü

Braziliyada cazibədarlıq etalonu - atletik, "zaqar"lı bədənli, açıq saçlı, gözəl gözləri olan qızlardır. Formada olmaq üçün onlar demək olar hər gün manikür, masaj edirlər. Braziliya qızlarının çoxu jurnaldan kadr kimi görünür.

Pakistan - təbii "Ağbəniz"


Xəbərə aid fotolar